Interposta.Info

PKK Suriyadan Türkiyəni vurdu -

Dünya
 27-04-2017, 07:36     437

Suriyanın PKK-PYD-YPG-nin nəzarətində olan hissəsindən Türkiyənin Hatay şəhərində yerləşən iki polis bölməsinə hücum edilib.

Axar.az xəbər verir ki, terrorçular polis bölmələrini top atəşinə tutublar. Hücum nəticəsində binanın tavanı dağılsa da, xəsarət alan olmayıb.

Türk əsgəri terrorçuların bu xain hücumuna dərhal cavab verib.

Qeyd edək ki, türk ordusu ötən gün Suriya və İraqdakı terrorçu hədəflərini bombalayıb. Hücum nəticəsində 70 PKK-çı zərərsizləşdirilib.

interposta.info
PKK Suriyadan Türkiyəni vurdu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26