Interposta.Info

Saakaşvili Nikolun cavabını verdi: Tiqrandan sonra heç vaxt...

Siyasət
 11-01-2020, 11:49     412

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın Gürcüstanı ümumdaxili məhsulun adam başına düşən göstəricisinə görə üstələməsi barədə açıqlamasını şərh edib.

Saakaşvili şərhini öz Feysbuk səhifəsində yerləşdirib.

"Nikol Paşinyan bəyan edib ki, Ermənistan ilk dəfə olaraq Gürcüstanı ÜDM-nin adam başına düşən göstəricisinə görə üstələyib. Belə şey nə mənim prezidentlik illərimdə, nə Şevarnadzenin dövründə, nə də Ermənistanın rəhbəri Böyük Tiqranın dövründən sonra heç vaxt qeydə alınmayıb. Nə coğrafi vəziyyət, nə resurslarla bağlı göstəricilərinə görə, Ermənistan gürcülərdən böyük gəlirə sahib deyillər", - deyə o bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26