Interposta.Info

Saakaşvili: "Gürcüstanı tərk etməyimə peşmanam"

Dünya
 2-12-2019, 09:11     440

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk etməsinin səbəbini açıqlayıb.

Sabiq prezident bu qərardan peşman olduğunu deyib. O, nə olursa olsun, ölkəni tərk etməyin ən pis çıxış yolu olduğunu ifadə edib.

"Bu gün ən çox ona təəssüflənirəm ki, 2013-cü ildə Gürcüstanı tərk elədim. Hər şeyi arxada qoydum və getdim. Ölkədən tutulacağımdan qorxduğum üçün çıxmadım. Bilirsiz ki, məni Ukraynada da bununla hədələyirdilər. Ona görə getdim ki, insanlar artıq məndən yorulmuşdular. Amma indi fikirləşirəm ki, səhv etmişəm", - deyə Saakaşvili bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26