Saakaşvili səhvini etiraf etdi: “O illərdə dəli kimi hər yerdə…”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkədə hakimiyyətinin dinc formada hakimiyyətin ələ keçirilməsinin yeni formulunu açıqlayıb.
Avropa.info xəbər verir ki, bu barədə Mixail Saakaşvili Belçikanın Lej şəhərində gürcü emiqarantlarla görüşündə məlumat verib.
Onun fikrincə, Gürcüstanda doğulub başqa ölkələrdə yaşayan, eyni zamanda, kökləri Gürcüstandan olan bütün insanlar ölkə vətəndaşlığı verilməlidir.
Yüzlərlə gürcüstanlı emiqrantın iştirak etdiyi toplantıda Saakaşvili gürcüstanlıların vətənə qayıdışı ilə bağlı modeli açıqlayıb.
Saakaşvili onu da əlavə edib ki, bu iş onun Gürcüstanda hakimiyyətdə olduğu illərdə həll olunmalı idi.
“Lakin bu mənim səhvim oldu və hakimiyyətim dövründə edə bilmədim. Bu səhvimi ancaq hakimiyyətin son dövrlərində başa düşdüm və onda da bir dəli kimi hər yerdə Ukrayna və digər ölkələrdə Gürcüstan pasportu paylamağa başladım”, – Saakaşvili vurğulayıb.
O, eyni zamanda, Gürcüstanın seçki sistemində də dəyişiklik edilməsini zəruri hesab edir.
“Bu dəyişikliyə əsəasən, emiqrantlar da Gürcüstanda keçirilən seçkilərdə iştirak hüququ qazansınlar. Ancaq mövcud qanunvericiliyə əsasən, onlar oyundankənar vəziyyətdə qalırlar”, – sabiq prezident bildirib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26