Interposta.Info

Saakaşvili: "Putin asanlıqla Ermənistanı buraxmayacaq"

Siyasət
 8-08-2018, 17:58     10 421

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putini razı salmağa çalışır, ancaq bu, asan deyil.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Novoya qazeta”ya müsahibəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Onun proqnozlarına görə, payızda Ermənistanda Paşinyana qarşı etiraz dağlası ola bilər.

“Qafqaz tez bir zamanda dəyişir, Ermənistana baxın. Mütləq nəzarət yoxdur, hərbi nəzarət və Rusiya təbliğatı isə xalqın iradəsini qıra bilməz.

Ancaq qorxuram ki, Putin belə asanlıqla Ermənistanı buraxmayacaq. Düşünürəm ki, payızda Paşinyana qarşı etiraz dalğası olacaq. Onun nələri bəyənmədiyi isə məlumdur. Paşinyan onu razı salmağa çalışır. Ancaq bu, mümkün deyil...”, - Saakaşvili deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26