Interposta.Info

Saakaşvilidən sensasiyalı bəyanat : “Putin payızda Paşinyanı devirəcək…”

Siyasət
 9-08-2018, 17:45     10 400

“Putin payızda Paşinyanı devirəcək . Qafqazda proseslər çox sürətlə dəyişir. Ermənistanda baş verən proseslərə diqqət edin, bu ölkədə mütləq nəzarət yoxdur. Yalnız hərbi nəzarət və Rusiya təbliğatı ilə xalq özünü qoruya bilməz”.

Avropa. info xəbər verir ki, bu fikri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. Saakaşvilinin fikrincə, Ermənistan baş naziri Paşinyan qısa bir zamanda Rusiya tərəfindən deviriləcək.

“Putin Ermənistandan əl çəkməyəcək. Düşünürəm ki, Putin payızda Paşinyana qarşı əks-inqilab dalğasına təkan verəcək. Bəllidir ki, Paşinyan onun xoşuna gəlmir. Buna baxmayaraq, Paşinyan onu inandırmağa çalışır. Ancaq onu inandırmaq mümkün deyil.

Paşinyan Moskvada nə danışıb deyə bilmərəm, amma Putin belə şeyləri udmur. İstənilən halda onu devirməyə çalışacaq və bu məndə heç bir şübhə doğurmur. Paşinyana qarşı xoşagəlməz proseslər başalaycaq. Hazırda Moskvada özlərinə yer edən mütəşəkikil cinayətkar dəstə olan erməni oliqarxlar Ermənistanda külli miqdarda pul buraxmaqla Paşinyana qarşı etiraz aksiyaları təşkil edəcəklər”- Saakaşvili belə deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26