Interposta.Info

Tehrandan ziddiyyətli açıqlamalar: “Müharibə istəmirik” və “Bu, hələ başlanğıc idi...”

Siyasət
 8-01-2020, 12:19     590

Qasim Süleymaninin öldürülməsinə qarşı aparılan "qisas əməliyyatı" çərçivəsində İraqdakı ABŞ bazalarına hücum nəticəsində 80 nəfər öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın Press TV kanalı məlumat yayıb. Reuters agentliyi də məlumatı təsdiqləyib. CNN isə öz mənbələrinə istinadla ABŞ hərbçilərindən heç birinin zərər görmədiyini yazıb.

Rəsmi Tehran 35, Pentaqon sözçüsü Conatan Hofman isə Ayn əl-Əsəd bazası və Ərbil hava limanına azı 10 raket atıldığını bildirib.

İranın İraqdakı ABŞ bazalarını bombalamasının ardından hər iki tərəfin rəsmiləri açıqlama verib.

Ağ Evdən verilən açıqlamada hücumlardan xəbərdar olduqları və prezident Donald Trampın məsələni yaxından izlədiyi bildirilib.

İran İnqilabı Keşikçiləri Korpusu ABŞ qüvvələrinə ev sahibliyi edən ölkələri də hədələyib. Bildirilib ki, bu ölkələrin hər hansısa birindən İrana qarşı hücum olarsa, o ölkəyə cavab veriləcək. "Əsgərlərinizin həyatını qorumaq istəyirsinizsə, onları geri çağırın", - deyə açıqlamada qeyd olunub.

Digər tərəfdən ABŞ Müdafiə naziri Mark Esper və Dövlət katibi Mayk Pompeo Ağ Evdə təcili iclas keçiriblər.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də məsələdən kənarda qalmayıb. O, vitse-prezident Mayk Penslə telefonla danışdıqdan sonra verdiyi açıqlamada ABŞ və dünyanın başqa ölkələrinin daha bir müharibənin yükünü qaldıra bilməyəcəyini ifadə edib.

Tramp: "İtki və dəyən zərərlə bağlı araşdırma aparılır"

ABŞ Prezidenti Donald Tramp hücumun ardından tvit paylaşaraq bunları yazıb: "Hər şey qaydasındadır! İrandan İraqdakı iki bazaya raket atıldı. Zərərin müəyyənləşdiriliməsi ilə bağlı tədqiqatlar davam etdirilir. İndiyə qədər hər şey qaydasındadır. Dünyanın açıq fərqlə ən güclü və ən təchizatlı ordusuna sahibik. Sabah açıqlama verəcəyəm".

İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif: "Gərginliyi artırmaq və müharibə istəmirik"

"İran vətəndaşlarımıza və yüksək rütbəli şəxslərimizə qarşı qorxaqcasına təşkil olunan hücumdan sonra BMT-nin 51-ci maddəsinin tələblərinə uyğun olaraq özünümüdafiə addımları atıb və əməliyyatı tamamlayıb. Gərginliyi artırmaq və müharibə istəmirik, ancaq özümüzü hər hansı hücumdan müdafiə edəcəyik".

İran Prezidentinin müşaviri Hüsaməddin Aşina: "Müharibəyə səbəb ola bilər...”

"ABŞ-ın cavab hücumu bölgədə konkret müharibəyə səbəb olar. Buna qarşı səudiyyəlilər fərqli bir yol tuta, İranla tamamilə sülh içərisində ola bilərdilər".

İran İnqilab Keşikçiləri Korpusunun komandanlarından İsmayıl Kövsəri: "Edə bilməyəcəyimiz bir şeyin sözünü vermərik. Bu gecə attığımız addım başlanğıc idi. ABŞ qüvvələri bölgəni tərk etməlidir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26