Interposta.Info

General Qasim Süleymaninin öldürüldüyü anın görüntüləri yayıldı - VİDEO

Dünya
 3-01-2020, 11:51     434

ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələrinin vətəndaşlar tərəfindən çəkilən görüntüləri yayılıb.

Trend-in məlumatına görə, məlum hadisəyə görə İranın dini lideri ölkәdә üç günlük matәm elan edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26