Interposta.Info

ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

Siyasət
 13-12-2019, 13:31     341

"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

"İnterPosta.info" "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

"Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq", - o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb:

"Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26