Interposta.Info

Türkiyənin Azərbaycandakı səfiri:

Siyasət
 25-02-2017, 18:15     606

Türkiyənin Azərbaycandakı səfiri:

“Hazırda ermənilər Azərbaycanın 20 faiz torpaqları işğal edilib, 1 milyon artıq qaçqın və məcburi köçkünü var”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.

O bildirib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, bütün türklərə qarşı yönəlib: “Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə cəhd göstərirlər. Onlar bunu utanmazcasına edirlər. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26