Interposta.Info

Rusiyanın daha çox raketə sahib olacağı bir dünya bizi gözləyir: NATO ehtiyatı əldən vermək istəmir

Siyasət
 20-07-2019, 09:59     10 387

Rusiyanın bir neçə dəqiqə ərzində Avropanı darmadağın edəcək raketlərə sahib olması NATO-nu narahet edir

BBC Türkiyə, 18 iyul 2019-cu il

NATO-nun baş katibi Cens Stoltenberq BBC-yə açıqlama verib.

NATO baş katibi Cens Stoltenberq BBC-yə verdiyi reportajda bildirib ki, Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri müqaviləsini (INF) xilas etmək üçün artıq zamanı qalmayıb. NATO və Vaşinqton Rusiyanı 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanmış və qurudan atılan orta mənzilli raketlərin Avropada toplanmasını qadağan edən müqavilənin şərtlərini pozmaqda ittiham edir. NATO Rusiyanın müqaviləyə yenidən qayıtması üçün avqustun 2-nə qədər vaxt qoyub. Stoltenberq qeyd edib ki, əgər Rusiya müqaviləyə uyğun davranmasa, ona müdafiə məqsədilə bir cavab veriləcək.

Stoltenberq, həmçinin, bildirib ki, Rusiyanın daha çox raketə sahib olduğu bir dünya bizi gözləyir.

Sözügedən müqavilə 500-5000 km mənzilində qurudan ballistik raket atılmasını qadağan edir.

NATO Rusiyanı 9M729 adlı raket sistemini təkmilləşdirməkdə, dolayısı ilə də INF müqaviləsini pozmaqda ittiham edir. NATO Rusiyanın bu addımını “Avropa-Atlantik təhlükəsizliyinə qarşı bir təhdid” hesab edir.

ABŞ Prezidenti Donald Tramp da fevral ayında Rusiyanı müqavilənin şərtlərini pozmaqda günahlandırmış və Rusiyanın müqaviləyə davam etməyəcəyi təqdirdə ABŞ-ın da məsuliyyətlərini donduracağını elan etmişdi. Müqaviləni pozması ilə bağlı irəli sürülən ittihamları qəbul etməyən Rusiya qısa müddətdə məsuliyyətlərini dondurduğunu və yeni silah sistemləri yaratmaq üçün planları olduğunu açıqlayıb.+

“Bir neçə dəqiqədə Avropaya çata biləcək nüvə qabiliyyətli raketlər”

BBC-yə danışan Stoltenberq bildirir ki, açıq şəkildə müqaviləni pozan Rusiya raketləri nüvə qabiliyyətli, mobil, təsbit edilməsi çətin olan və bir neçə dəqiqədə Avropaya çata biləcək raketlərdir.

Stoltenberq, həmçinin: “Bu, ciddi bir məsələdir. INF müqaviləsi illərdir silahların nəzarətində olan bir struktur formalaşdırıb. İndi isə müqavilənin necə pozulduğuna şahid oluruq”, deyib.

Əsas məsələnin Rusiyanın müqaviləyə geri qayıtması olduğunu qeyd edəb Stoltenberq bildirir ki, Moskva hələ belə bir işarə verməyib: “Buna görə də, INF müqaviləsinin deaktiv olduğu və Rusiyanın daha çox raketə sahib olacağı bir dünyaya hazır olmalıyıq.”

Stoltenberq NATO-nun Avropaya nüvə raketləri yerləşdirmək planı olmadığını bildirib. Lakin Rusiya 2 avqusta qədər müqaviləyə qayıtmayacağı təqdirdə NATO-nun “müdafiə məqsədli bir cavab verə biləcəyini” də qeyd edir. Stoltenberq bu cavabın şərti hava və nüvə raket müdafiəsi, yeni əməliyyatlar və kəşfiyyatlarla həyata keçirilə biləcəyini bildirir.

“Türkiyənin F-35-dən çıxarılması məyus edicidir”

Stoltenberq ABŞ-ın Türkiyəni F-35 sistemindən çıxarmasını məyus edici olaraq qiymətləndirib və NATO-nun 2 önəmli müttəfiq arasındakı ziddiyyətlərin həll edilməsi yolunda etdiyi cəhdləri dəstəklədiyini qeyd edib.

Stoltenberq NATO üzvü olan ölkələrin hərbi büdcələrini 2%-ə qaldırmaq cəhdlərini də yüksək qiymətləndirdiyini bildirib. ABŞ prezidenti Donald Tramp da NATO üzvü olan dövlətlərə hərbi büdcəyə daha çox maliyyə ayrılması barədə çağırış edir.

Stoltenberq: “Önəmli bir dönəmi başa vurduq. Vəziyyət bir neçə il əvvəlkindən daha yaxşıdır. Müttəfiqlərin daha çox investisiya qoyacağına inanıram”, deyib.

NATO üzvü olan 9 dövlətin 2019-cu ilə qədər qoyulmuş hədəflərə çatacağı gözlənilir./pia.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26