Interposta.Info

İspaniyanın baş naziri seçkiqabağı proqramını təqdim edib

Siyasət
 27-03-2019, 16:37     10 337

İspaniyada növbədənkənar parlament seçkiləri aprelin 28-də keçiriləcək. Ölkənin baş naziri hökumət rəhbərliyinə sosialistlərin gəlməsindən səkkiz ay yarım ötdükdən sonra növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu gün – seçkilərin keçiriləcəyi tarixə bir ay qalmış Pedro Sançes sosial təcridetmənin azaldılmasına və sərvətin yenidən bölüşdürülməsinə yönəldilən 110 bənddən ibarət seçkiqabağı proqramını təqdim edib. Bu proqrama əmək islahatının ləğv edilməsi, azgəlirli təqaüdçülərə dərman üçün əlavə pulun ləğvi, təhsil müddətinin üç ilədək uzadılması məsələləri daxildir.

Proqram, həmçinin universitet təhsilinin modernləşdirilməsinə, təhsil haqqında yeni qanunun təsdiqinə, 2021-ci ildən 2030-cu ilədək 200 milyon avro məbləğində dövlət və özəl vəsaitlərinin iqtisadi və energetika paradiqmalarının dəyişdirilməsi üçün səfərbər edilməsinə yönəldilib ki, bu da ÜDM-in 1,8 faiz artması, 250 mindən 300 minədək yeni iş yerlərinin açılması deməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26