Interposta.Info

ABŞ Türkiyəni buna görə qurban vermək istəyir - Ekspert

Siyasət
 30-01-2019, 09:07     10 333

Vaşinqton yenidən təsir dairəsinə almaq istədiyi Türkiyəni bölgədəki hədəfləri üçün qurban verməyə məcbur etmək istəyir.

Bu açıqlama ilə rusiyalı siyasi ekspert Andrey Çuprıqin çıxış edib.

"ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kotsun açıqlamaları yalnız Türkiyə ilə bağlı deyil, eləcə də Rusiya və Çinlə də əlaqəsi var. Bu ölkələr guya ABŞ-a inad olsun deyə bütün dünyada stabilliyi pozur. Kotsa görə, yalnız ABŞ dünyaya sabitlik gətirir. ABŞ hazırda Türkiyə ilə bağlı fəal bir xüsusi siyasət aparır. Məqsəd bu ölkəni ABŞ-ın Yaxın Şərq strategiyası çərçivəsində ortaq yola gətirməkdir. Amerikalılar Ankaranın müstəqil siyasət aparmasına çox əsəbiləşir. Ankara haqlı olaraq Yaxın Şərq regionunda öz maraqlarını müdafiə edir və bu maraqlar ABŞ-ın maraqlarından daha güclü təmələ malikdir", - Çuprıqin qeyd edib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26