Interposta.Info

Qərb Türkiyənin gözünü qorxudur -

Siyasət
 5-01-2017, 21:19     708

Qərb Türkiyənin gözünü qorxudur -

Qərb İŞİD terror qruplaşması vasitəsilə müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşmağa çalışan Türkiyəni qorxutmağa çalışır.

Bu sözləri təqaüddə olan rusiyalı kəşfiyyatçı, general Aleksandr Qurov “Sputnik”ə açıqlamasında deyib.

General qeyd edib ki, ABŞ və Avropa Türkiyənin bölgədə güclü dövlətə çevrilməsini istəmir:

“Türkiyə bu gün Rusiya ilə əlaqəli siyasət yürüdür. Xüsusilə Yaxın Şərqdə. Təbii ki, bu da bəzilərini narahat edir. Ankara və Moskva İŞİD-lə qarşı birgə mübarizə aparır. İŞİD indi Türkiyədən qisas almağa çalışır. Qərb də bu faktordan yararlanaraq Türkiyəyə mesaj verir: Sən kimin yanındasan? Beləliklə, Qərb İŞİD üzərində müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşan Türkiyənin gözünü qorxutmağa çalışır”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26