İlham Əliyevin Paşinyanla növbəti görüşü olacaq
Ermənistanın baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin qeyri-rəsmi görüşü planlaşdırılır.
Bu barədə Paşinyan “RİA Novosti”nin sorğusuna cavabında bildirib: “Bəli, bu, qeyri-rəsmi görüş olacaq”.
Bundan əvvəl Paşinyan mətbuat konfransında “Azərbaycan prezidenti ilə görüşünüz nə vaxt olacaq” sualına “çox tezliklə” cavabını vermişdi.
Qeyd edək ki, İlham Əliyev hazırda Davos forumunda iştirak edir./moderator.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26