Interposta.Info

ATƏT PA-nın prezidenti: "Mehman Hüseynovla bağlı qərarı alqışlayırıq"

Siyasət
 23-01-2019, 13:24     10 356

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.

Bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyantında bildirilir.

“Hüseynova qarşı yeni ittihamların ləğv olunduğuna, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə xoşbəxtəm”, – deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu məsələyə toxunduğunu, Prezident İlham Əliyevin bu məsələyə şəxsən diqqət yetirdiyini qeyd edib.report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26