Interposta.Info

Mehman Hüseynova

Müxtəlif
 24-02-2017, 17:04     646

Mehman Hüseynova

Bu gün Suraxanı rayon məhkəməsi Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynova qarşı verdiyi şikayətə baxıb.

Şikayət artıq məhkəmə icraatına götürülüb və Mehman Hüseynov ittiham olunan şəxs kimi işə cəlb olunub. Bloggerdən ölkəni tərk etməmək barədə iltizam alınıb.

Məhkəmə prosesi fevraln 27-də davam etdiriləcək.

Xatırladaq ki, bundan öncə, bu ilin fevral ayının 10-da Suraxanı rayon məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə Daxili işlər nazirliyinin Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında verdiyi iddia ərizəsi əsasında hazırlıq iclası keçirlib.

İddia ərizəsi Nəsimi rayon polis idarəsinin rəisi Musa Muasayevin adından təqdim olunub. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.

Lakin məhkəmə qeyri-adi əngəllə qarşılaşıb. Belə ki, prosesdə blogerin şəxsiyyətini rəsmi şəkildə müəyyən etmək mümkün olmayıb. Blogger bəyan edib ki, onun sənədləri artıq 3 ildir ki, polis tərəfindən müsadirə olunduğuna görə o, özünün Mehman Hüseynov olduğunu təsdiq edə bilmir:

“Məhkəmə ilk öncə mənim Mehman Hüseynov olduğumu sübut etsin və sənədlərimi polisdən götürsün”.

Qeyd edək ki, Mehman Hüseynov bu yaxınlarda həbs edildiyi zaman polis tərəfindən işgəncələrə məruz qaldığını və təhqir edildiyini bəyan etmişdi.

Mehman Hüseynovun polisi ittiham etdiyi faktları şərh edən daxili işlər naziri Ehsan Zahidov onun dediklərini böhtan və yalan adlandıraraq polis əməkdaşlarının buna görə onu məhkəməyə verəcəyini söyləmişdi./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26