Interposta.Info

DİN

Müxtəlif
 9-02-2017, 12:41     747

DİN

Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynovu məhkəməyə verib.

interposta.info xəbər verir ki, bu barədə BakiPost.az-a vəkil Elçin Sadıqov məlumat verib. Bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır.

Vəkilin sözlərinə görə, bloggerin məhkəməyə verilmə səbəbi hələ ki, dəqiq məlum deyil: "Çox güman ki, məhkəməyə verilməsinə səbəb Mehmanın bir müddət əvvəl 22-ci polis bölməsinin əməkdaşlarının ona işgəncə verməsi ilə bağlı ittihamlar səsləndirməsidir. Şikayətin surətini günortadan sonra götürəcəyəm. Onda detallı məlumatım olacaq.

Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub. Xüsusi ittiham qaydasında şikayət bizə verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracağam”.

Məlumat üçün bildirək ki, Mehman Hüseynov bir müddət əvvəl Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılmışdı.

Məlumat üçün bildirək ki, Mehman Hüseynov bir müddət əvvəl Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polisin qanuni əmrinə tabe olmama ittihamı ilə saxlanılmışdı. Nəsimi rayon məhkəməsinin qərarı ilə azadlığa çıxan blogger 200 manat məbləğində cərimə edilmişdi. Məhkəmədən çıxan M. Hüseynov polis bölməsində fiziki təzyiqlərlə üzləşdiyini bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26