ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanımalıdır"
"Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir".
"Report"un verdiyi xəbərə görə, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxışı zamanı ATƏT PA-nın prezidenti Georgi Tsereteli bildirib.
"Fərq etməz, hansı münaqişə və ya torpaqların işğalı barədə danışırıq, Ukraynada, Azərbaycanda və ya Gürcüstanda baş verən münaqişələr, hər gün bunların nəticəsində insanlar əziyyət çəkir", - o deyib.
"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır", - ATƏT PA-nın prezidenti qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26