Interposta.Info

İspaniya Azərbaycana yeni səfir təyin etdi

Siyasət
 24-11-2018, 13:59     430

İspaniya Krallığının Nazirlər Şurası bir sıra ölkələrə diplomatik nümayəndələr və səfirlər təyin edib

Bu ölkələrin arasında Azərbaycan da var.

Oxu.Az “Cope” nəşrinə istinadən xəbər verir ki, Xuan Qonsales Barba Pera İspaniyanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib.

Xuan Qonsales Barba 1966-cı ildə Sevilyada anadan olub. Hüquq fakültəsinin məzunudur. Cənubi Afrika Respublikası, Yunanıstan, İsrail, Sudan və Türkiyədə diplomatik fəaliyyət göstərib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26