Interposta.Info

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Siyasət
 27-08-2018, 22:20     10 440

Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016)./report

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26