Interposta.Info

Artıq İranla ABŞ arasında müharibə qaçılmazdır? - Politoloq rəyi

Siyasət
 7-05-2018, 09:43     10 368

Politoloq: “İranla İsrail mehriban düşmənlərdir. ABŞ və İsrailin İranla müharibəsini mümkünsüz hesab edirəm”

“İranla İsrail uzun müddətli müharibə etsə, bu İslam dünyasının Türkiyə ətrafında vəhdətləşməsinə gətirib çıxaracaq. Bu isə xristian dünyası və yəhudi icması üçün ən arzuolunmaz ssenaridir”.

"XeberBiz" xəbər verir ki, bu fikirləri politoloq Əhəd Məmmədli Pia.az-a açıqlamasında qeyd edib.

Mayın 12-si yaxınlaşdıqca ABŞ prezidenti Donald Trampın İrana qarşı olan basqılarıda artmaqdadır. Qeyd edə ki, mayın 12-də ABŞ prezidenti Donald Tramp 5+1 qrupunun İranla 2016-cı ildə bağladığı nüvə sazişi ilə bağlı qəaraını verəcək. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə öz çıxışlarında bu müqavilənin İranın nüvə silahına yiyələnməsini sadəcə təxirə saldığını bildirib. O bu müqaviləyə yenidən baxılmasına ehtiyac duyulduğunu bildirib. 12 yanvar 2018-ci ildə müqavilənin yenidən sertifikasiyası günü Tramp sanksiyaların qaldırılmasını qüvvədə saxladı, amma bir daha belə etməyəcəyini bildirib. ABŞ prezidentinin mayın 12-də bu barədə qərar qəbul edəcəyi gözlənilir. Böyük ehtimalla Tramp mayın 12-də İranla nüvə sazişindən çıxdığını bəyan edəcək və bu da Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olacaq. Daha əvvəl isə Ağ Evin sözçüsü İranın 2025-ci ilə qədər nüvə silahına sahib olacağını bildirmişdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif ötən həftə bildirib ki, İran illər əvvəl razılaşdırılmış müqavilənin yenidən nəzərdən keçirilməsinə imkan verməyəcək. İran hədə-qorxu cəhdlərinə qətiyyətlə müqavimət göstərəcək, amma ABŞ müqaviləni pozmağa davam etsə və ya razılaşmadan imtina etsə, İran buna öz bildiyi kimi cavab vermək hüququndan istifadə edəcək.

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır. Ruhani bunu Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı deyib.

Ruhani bildirib ki, növbəti həftə onların həyatına heç bir dəyişiklik gətirməyəcək, əksinə, ABŞ İranın 2015-ci ildə Qərblə imzaladığı sazişdən çıxacağı halda tarixi bir peşmanlıq yaşayacaq: “ABŞ sazişi tərk etsə, tarixi bir peşmançılıq keçirəcək və bu lə bir peşmançılıq olacaq ki, ABŞ bürün tarixi boyu belə bir peşmançılıq keçirməyib. İstənilən qərara qarşı hazırlıqlıyıq. İranın Atom Enerjisi Təşkilatındakı nümayəndəsinə lazımı təlimatlar verilib”.

İngiltərənin nüfuzlu The Guardian qəzeti sə dünən ABŞ prezidenti Donald Trampı İranla nüvə sazişi ilə bağlı “çirkin əməliyyatlar” aparmaqda ittiham edib. Qəzetin yazdığına görə Tramp İsraildə olarkən Obama adminstrasiyasına İranla nüvə sazişinə görə kompromat toplamaq üçün İsrail detektiv şirkəti ilə müqavilə imzalayıb.

Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu “İranla imzalanan nüvə sazişi ya ləğv edilməli, ya da ona düzəlişlər edilməlidir” tələbi ilə çıxış etmişdi. Aprelin 30-da isə İsrailin baş naziri bəyan edib ki, İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının mövcud olmasını sübuta yetirən yarım tona yaxın məxfi material əldə edib. “Söhbət dünya ictimaiyyətinin buna qədər xəbərsiz olduğu sənədlərdən gedir. Bu sənədlərin əldə olunması İsrail kəşfiyyatının ən böyük nailiyyətlərindəndir. Bu sənədlər İranın dünya ictimaiyyəti ilə razılaşmaya gəlmək və sanksiyalardan azad olmaq üçün yalan danışdığını sübuta yetirir. İsrail bu sənədləri ictimailəşdirməklə, təkcə özünə deyil, həm də bütün regiona böyük xidmət göstərmiş olur. Bir neçə gündən sonra ABŞ prezidenti Donald Tramp İran sazişi ilə bağlı son qərarını verəcək. İnanıram ki bu qərar həm İsrail, həm ABŞ, həm də bütün dünyanın təhlükəsizliyi üçün düzgün qərar olacaq”, - deyə Netanyahu bildirib. Netanyahunun sözlərinə görə, Vyanada nüvə sazişinin bağlanmasından sonra, Tehran nüvə proqramını gizlətmək üçün əlindən gələni edir. İsrail baş naziri iddia edir ki, Tehran öz nüvə arxivini gizli yerə köçürüb. “Ancaq bir neçə həftə əvvəl İsrail kəşfiyyatı həmin arxivdən 55 minə yaxın sənəd və fotoşəkil əldə edə bilib. Daha 55 min fayl 183 diskdədir”, - deyə Netanyahu diqqətə çatdırıb.

Dünən isə İsrailin baş naziri kabinetin iclasında bəyan edib ki, İsrail İranla müharibəyə hazırdır. İranın şimal sərhədimizdə düşməncəsinə hərbi mövcudluğuna yol vermək olmaz. “Biz İranın İsrailə qarşı aqressiyasının qarşısını alq bilmək üçün tam qətiyyətliyik” , deyə İsrailin baş naziri bildirib.

Xatırladaq ki, daha əvvəl İranın dili lideri Əli Xamneyi bildirmişdi ki, bu ilin payızında ABŞ və İsrail İrandakı mövcud rejimi devirməyə çalışacaq.

İsrailin də İrana qarşı aqressiyasını nəzərə alarsaq, İranın nüvə proqramı ilə bağlı böhrandan çıxmaq üçün Şimali Koreya ilə əldə olunan bir anlaşmanın olması mümkün görünürmü, yoxsa artıq İranla ABŞ arasında müharibə qaçılmazdır?

Əhəd Məmmədəli: “İsrail olmasa, İran Fələstin məsələsini harda gündəmə gətirəcək? İran olmasa, İslam dünyasında məzhəb manipulyasasını Qərb kimlə edəcək?”.

On illərdir ABŞ-ın hədəf kimi İranı göstərdiyini, ancaq İranın ətrafını vurduğunu xatırladan politoloq Əhəd Məmmədəli əlavə edib ki, bu dəfə də yenə hədəf İranı göstərib başqasını vurmağdır. Ona görə də Türkiyə çox diqqətli və hazırlıqlı olmalıdır:

“Şimali Koreya ilə anlaşma çox güman ki, olacaq. Və bu ABŞ-ın Uzaq Şərqdə Çin və Rusiya üzərində böyük qələbəsi olacaq. İrana gəldikdə isə, İsrailin son bəyanatı, biz müharibə istəmirik. amma İran bütün dünya üçün təhlükədir, kimi bəyanatları və ardınca Hizbullahın buna uyğun bəyanatı bir daha göstərdi ki, İranla İsrail mehriban düşmənlərdir. ABŞ və İsrailin İranla müharibəsini mümkünsüz hesab edirəm.

İranla İsrail uzun müddətli müharibə etsə, bu İslam dünyasının Türkiyə ətrafında vəhdətləşməsinə gətirib çıxaracaq. Bu isə xristian dünyası və yəhudi icması üçün ən arzuolunmaz ssenaridir. İran İsrailə, İsraildə İrana bir dövlət kimi lazımdır. İsrail olmasa, İran Fələstin məsələsini harda gündəmə gətirəcək? İran olmasa, İslam dünyasında məzhəb manipulyasasını Qərb kimlə edəcək? Ona görə ABŞ-la İsrailin İranla müharibəsini mümkünsüz hesab edirəm.

Əhəd Məmmədəli: “Məncə bu dəfə də yenə hədəf İranı göstərib başqasını vurmağdır. Ona görə Türkiyə çox diqqətli və hazırlıqlı olmalıdır”.

On illərdir ABŞ hədəf kimi İranı göstərdi, ancaq İranın ətrafını vurdu. Halbuki həmişə İranı şər üçbucağında olan ölkələr sırasına daxil etdilər. Məncə bu dəfə də yenə hədəf İranı göstərib başqasını vurmağdır. Ona görə Türkiyə çox diqqətli və hazırlıqlı olmalıdır. Bir də ki, İranı ABŞ vurmaq istəsə, müharibə ilə vurmayacaq daxildən vuracaq. Onsuzda İranda rejimə qarşı xalq çox narazıdır. Və bu narazılıq hər an böyük üsyana çevrilə bilər. İran barıtın üstündə oturub amma bu barıt xaricdən deyil daxildən partlaya bilər.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26