Interposta.Info

İrana qarşı məxfi İsrail-ABŞ anlaşması: Ağ evdə üç qrup yaradıldı

Siyasət
 30-12-2017, 07:28     10 486

Ağ evdə keçirilmiş məxfi danışıqlar zamanı İsraillə ABŞ İrana qarşı birgə fəaiyyət planını işləyib hazırlayıblar. Virtualaz.org xəbər verir ki, belə məlumatla İsrailin “Channel 10” telekanalı çıxış edib. Məxfi danışıqlar dekabrın 12-də keçirilib, bu barədə məlumat indi sızdırılıb.

Bu məlumata əsasən dekabrın 12-də İsraildən baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Meir Ben-Şabatın rəhbərlik etdiyi nümayəndə heyəti gedib. Onlar Ağ evdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Herbert Makmasterin rəhbərliyi ilə danışıqlar aparan qrupla görüşüblər. ABŞ tərəfdən danışıqlarda prezident Donald Trampın komandasının üzvləri, Dövlət Departamentinin, Pentaqonun, kəşfiyyatın nümayəndələri də qatılıblar.
İrana qarşı məxfi İsrail-ABŞ anlaşması: Ağ evdə üç qrup yaradıldı


İki gün çəkən danışıqların nəticəsi olaraq tərəflər üç birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Həmin qrupların hər birinin qarşısında müəyyən hədəflər dayanacaq.

Birinci qrup İranın nüvə proqramına qarşı fəaliyyətə cavabdeh olacaq. Həmin qrupun üzvləri müəyyən edəcəklər ki, Tehranın nüvə proqramı üzərində mövcud razılaşma, yəni “altılar”la İran arasında əldə edilmiş nüvə razılaşması çərçivəsində nəzarəti necə gücləndirmək olar. Habelə bu razılaşmadan kənarda hansı tədbirlərin görülə biləcəyi araşdırılacaq. Bundan əlavə qrup Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün məxfi əməliyyatlar da keçirəcək.
İrana qarşı məxfi İsrail-ABŞ anlaşması: Ağ evdə üç qrup yaradıldı


İkinci qrup Tehranın regionda təsirini məhdudlaşdırmalı və onun “Hizbullah”la , o cümlədən regiondakı digər radikal qruplaşmalarla əlaqələrini məhdudlaşdırmalıdır. Bundan əlavə qrup Suriyadakı müharibənin başa çatmasından sonra qüvvəyə minəcək fəaliyyət planına görə cavabdeh olacaq. Həmin fəaliyyət planı məxfidir.

Üçüncü qrupun fəaliyyəti isə Tehranın raket proqramları üzərində cəmləşəcək. Təl-Əvivdəki və Vaşinqtondakı mənbələr ABŞ-la İsrail arasında İrana dair strateji razılaşma əldə edildiyini təsdiqləyiblər, lakin əlavə şərh verməyiblər.
İrana qarşı məxfi İsrail-ABŞ anlaşması: Ağ evdə üç qrup yaradıldı


Qeyd edək ki, ABŞ-ın indiki administrasiyası İrana qarşı sərt xətt yürüdür. Prezident Tramp dəfələrlə ABŞ-ın İranla nüvə razılaşmasını ləğv edəcəyi ilə hədələyib, Tehranı regiondakı bütün problemlərin səbəbkarı kimi göstərib. Tramp habelə İrana qarşı başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri ilə də sövdələşmə içərisindədir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26