Interposta.Info

Rusiya, Türkiyə və İran razılaşdı:

Siyasət
 21-12-2017, 19:02     10 561

Suriyada atəşkəsin təminatçısı olan Rusiya, Türkiyə və İran Soçidə keçirilməsi gözlənilən Suriya Milli Dialoq Konqresində 23 kürd nümayəndənin iştirakı məsələsində razılığa gəlib.

interposta.info xəbər verir ki, bu barədə “Sputnik” özünün etibarlı mənbəsinə istinadən məlumat yayıb.

Rusiya kürdlərin də yer aldığı 1490 nəfərlik siyahını Türkiyəyə təqdim edib. Rəsmi Ankara hələ ki, siyahıya etiraz etməsə də, araşdırma aparacağını vurğulayıb.

Sözügedən toplantının yanvarın 29-30-u baş tutacağı deyilir. Kremlin sözçüsü Dmitri Peskov isə dəqiq tarixin müəyyən edilmədiyini açıqlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26