Interposta.Info

“Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir”

Siyasət
 18-12-2017, 21:41     10 430

“Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir”

Bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.

G.Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”.

Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.

O, həmçinin Rusiya-Azərbaycan-İran formatının potensialından da danışıb: “Hesab edirəm ki, Rusiya-Azərbaycan-İran formatı özünü dayanıqlı və səmərəli göstərək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir”. (virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26