Interposta.Info

Züqanov: İrəvanın bu addımına imkan verməyəcəyik

Siyasət
 14-09-2017, 15:37     10 462

Rusiya ilə sıx əməkdaşlıq etmədən Qafqazda sülh və əmin-amanlıq olacağını düşünmürəm.

Axar.az xəbər verir ki, bu sözləri “Moskva – Bakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov deyib.

Züqanovun sözlərinə görə, münaqişənin həllini masa arxasında axtarmaq, səbir göstərmək lazımdır.

Partiya sədri həmçini Ermənistanda antirusiya meyillərinin güclənməsi və NATO-ya inteqrasiya etmək istəyinə də münasibət bildirib:

“Rusiyadan uzaqlaşan hər kəsin vəziyyəti pisləşir. Ermənistan və erməni xalqı bunu hamıdan yaxşı bilir. O ki qaldı isterikaya, elə Moskvada da Amerika tütəyinə oynayanlar az deyil. Bu insanlar Rusiyaya xidmət etmir və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələn hər şey edirlər. Həmin güclərə Ermənistanda ayaq açmağa imkan vermək olmaz. Biz onlara ayaq açmağa imkan verməyəcəyik”, - Züqanov bildirib.

Qeyd edək ki, “Moskva-Bakı oxu” konfransı bu gün start götürüb. Konfransda Gennadi Züqanov, Sergey Markov, Andrey Klimov, Aleksandr Proxanov, Leonid Kalaşnivkov, Dmitri Savelyev, Mixail Zabelin, Şamil Sultanov, Polad Bülbüloğlu, Rövşən Rzayev, Əli Hüseynli kimi siyasətçilər və millət vəkilləri iştirak edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26