Sərkisyan daşnaklarla birləşir:

Ermənistanın Respublika Partiyası ilə Daşnaksütyun Erməni İnqilab Federasiyası arasında əməkdaşlıq haqqında razılaşma yaxın vaxtlarda imzalanacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın vitse-spikeri Eduard Şarmazanov söyləyib. Hələlik partiyaların hansı formatda koalisiya yaradacaqları haqqında heç bir açıqlama verilmir.
Qeyd edək ki, Ermənistanda keçirilən son parlament seçkisindən sonra qanunverici orqana 4 partiya daxil olub. Hakim Respublika Partiyası seçkidə ən çox səs toplasa da, bu, təkbaşına hökumət qurmağa imkan vermir. Daşnaksütyun isə 7% səs yığa bilib.
Daşnaksütyunla hakim partiya arasında koalisiya razılaşması seçkidən öncə də olub. Belə ki, Sərkisyan daşnaklara hökumətdə 3 nazir postunu verib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26