Interposta.Info

“Tehran-Bakı əlaqələrini inkişaf etdirməkdə qərarlıyıq”

Siyasət
 5-09-2017, 22:30     10 392

"Tehran və Bakı arasında əlaqələri inkişaf etdirməkdə qərarlıyıq"

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti administrasiyasının rəhbəri Mahmud Vaezi bu gün Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevlə telefon danışığında deyib.

M.Vaezi qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün geniş potensial var və iki ölkəni bir-birinə bağlayan çoxlu bağlar mövcuddur: “Biz iki ölkənin əlaqələrinin inkişafı üçün hər iki ölkənin xalqlarının mənafeyi naminə mövcud olan bütün potensiallardan istifadə etməkdə qərarlıyıq”.

M.Vaezi, ötən dörd il ərzində əlaqələrin möhkəmləndirilməsi üçün çox yaxşı nailiyyətlərin olduğunu qeyd edib: “Çalışmalyıq möhkəmləndirilmiş əlaqələri qoruyaq və əməkdaşlığımızı daha da inkişaf etdirək”.

İran prezident administrasiyasının rəhbəri iki ölkə arasında razılaşdırılmış proqramların və müştərək layihələrin icrasının zəruriliyini vurğulayıb və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli inkişafından danışıb.

Telefon danışığında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Həsən Ruhaninin ikinci dövr prezident seçilməsi münasibətilə təbrikini çatdırıb və M.Vaeziyə tutduğu yeni vəzifədə uğurlar diləyib: “Ötən dörd ildə müştərək səylər nəticəsində iki ölkənin əlaqələri yaxşılaşıb və hər iki ölkə xalqlarının mənafeyi uğrunda bir sıra işlər görülüb. Ümid edirəm yeni dövrdə də Bakı-Tehran əlaqələri daha da inkişaf edəcək”, - deyə Ş.Mustafayev bildirərək əlavə edib ki, Azərbaycan imzalanmış sənədlərin sürətli icrasında, ikitərəfli əlaqələrin inkişafı üçün yeni proqramlar icra etməkdə qərarlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26