Interposta.Info

Ən nüfuzlu müxalifət lideri kimi hesab edirsiz? - VİDEOSORĞU

Siyasət
 29-08-2017, 21:59     10 456

Son 17 ildə Azərbaycan müxalifətinin lider problemi yaşadığı göz önündədir. Xüsusilə mərhum prezident Əbülfəz Elçibəyin ölümündən sonra bu məsələ daim aktual olub. Hazırda ölkə müxalifətinin liderlərinin tam əksəriyyəti zamanında Elçibəy komandasının üzvləri olublar, indinin özündə də hər birinin rəhbərlik etdiyi siyasi təşkilatlar mövcuddur ki, bu komponentlər demokratik düşərgənin əsasını təşkil edirlər. Artıq uzun illər müxalif camiədə təmsil olunan liderlər də belə bir problem yaşadıqlarını açıq şəkildə etiraf edirlər.

Çoxları düşünür ki, müxalif liderlərin şəxsi ambisiyaları, bir-birilərinə güzəştə getməmələri, eləcə də onların bəziləri arasında olan soyuq münasibət bu problemi ortaya çıxarıb.

“Ən nüfuzlu müxalifət lideri kimdir?", - sualı ətrafında videosorğu keçirib.

Respondentlər birmənalı olaraq müxalifət düşərgəsinin vahid bir liderinin olmadığını vurğulayıblar.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26