Interposta.Info

Dünyanın ən güclü lideri kimi hesab edirsiz? VİDEOSORĞU

Gündəm
 12-07-2017, 21:30     2 208

Hazırda dünyanın siyasi ab-havasını müəyyən edən bir neçə lider var ki, onların da adı hər kəsə bəllidir. Onlar dünyada savaşların başlamasına, sülhün təmin olunmasına qərar verir, beynəlxalq siyasətdə qüvvələr balansını təmin edirlər.
Kimi bütün siyasi sanksiyalara baxmayaraq Rusiyanı ayaqda saxlayan və hələ də dünyaya meydan oxuyan Vladimir Putini dünyanın ən güclü lideri hesab edir, kimi də dəlisov qərarları ilə Amerikanı ən güclü dövlətə çevirməyə çalışan Donald Trampı... Uzun illərdir Türkiyədə hakimiyyəti əldən verməyən, ölkəsinin sərhədlərindən kənarda da sözünü deyə bilən Rəcəb Tayyib Ərdoğanı dünyanın ən güclü siyasi lideri hesab edənlər də var.

Bəs görəsən, Azərbaycan vətəndaşları hansı ölkənin prezidentini dünyanın lideri hesab edir?
Bu suala cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

Cavablar təbii ki, müxtəlif oldu. Dünyaya heç prezidentin liderlik etmədiyi fikrində olan respondentlərimiz də az olmadı.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26