Interposta.Info

Bakı-Ankara ittifaqı:

Siyasət
 3-08-2017, 10:38     10 456

İrəvan Rusiyanın Türkiyəyə satdığı S-400 raketlərinin Ermənistanla sərhədə, hətta Naxçıvanda yerləşdirilə biləcəyindən narahatdır və bunu açıq dilə gətirməyə başlayıb.

XebedBiz.az
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi Türkiyənin S-400 raket komplekslərinin sözügedən ərazilərdə yerləşdirməsini dəstəkləyib:


“Əgər Rusiya Ermənistanda istədiyi raket komplekslərini, o cümlədən “İsgəndər”ləri yerləşdirirsə və bu, açıq-aşkar Azərbaycan əleyhinədirsə, Azərbaycan da özünü qorumalı, müasir raket kompleksləri almalıdır. Aydındır ki, Rusiya “İsgəndər” raket kompleksini Azərbaycana satmayacaq. Belə olan halda bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq mümkündür. Çünki Qarabağ uğrunda müharibə başlasa, Naxçıvana müəyyən təhlükələr yarana bilər. Türkiyə isə Qars müqaviləsinə əsasən Naxçıvanı qorumalıdır. Bu fonda Türkiyənin Naxçıvana iqtisadi, siyasi və hərbi dəstəyi böyük rol oynayır. Buna görə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki, Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi artıq rəsmiləşdirilsin. O cümlədən Naxçıvanda Türkiyəyə məxsus müasir silah və raket komplekslərinin yerləşdirilməsi də mümkündür. İrəvan bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana baha başa gələcək. Azərbaycana təhlükə yaranması o deməkdir ki, Ermənistan qarşısında bu dəfə təkcə Azərbaycanı yox, Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında S-400-lərlə bağlı yekun razılaşma imzalanıb. İlkin mərhələdə Rusiya Türkiyəyə 2019-cu ildə 2 ədəd S-400 verəcək.

S-400-lərdən biri Suriya və İrandan gələcək təhdidlərə qarşı şərq bölgəsinə, digəri isə Yunanıstan təhdidinə qarşı qərbə yerləşdiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26