Interposta.Info

Əliyev-Tillerson görüşü:

Siyasət
 12-07-2017, 10:23     549

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Reks Tillerson ilə görüşü Rusiyaya mesajdır.

Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Reks Tillerson ilə görüşünü şərh edən politoloq Fərhad Mehdiyev deyib.

“Son diplomatik bəyanatlardan sonra Azərbaycanın ABŞ ilə əlaqələrinin gücləndirilməsi böyük məna kəsb edir. Rusiyaya bir mesaj göndərilir ki, Azərbaycan xarici siyasətində təklənməyəcək. Düşünürəm ki, Azərbaycan yenə balanslı siyasət yeridəcək. 7 iyul 2017-ci ildə ABŞ səfirliyində ənənəvi olaraq qəbul günü keçirilib. Bu tədbirdə prezidentin köməkçisi Əli Həsənov iştirak edib. Bu, Azərbaycan tərəfinin ABŞ-la münasibətlərini inkişaf etdirdiyinin göstəricisidir. Hazırda Rusiya tərəfindən Bakıya qarşı müəyyən mənada təzyiq var, çünki Kreml Azərbaycanın Rusiya ilə daha çox yaxınlaşmasını, Avrasiya İttifaqına üzvlüyünü istəyir. Azərbaycan tərəfi isə ABŞ-la münasibətləri inkişaf etdirməklə göstərir ki, Bakı balanslı siyasətini davam etdirməkdə qərarlıdır”, – deyə o bildirib.

Qeyd edək ki, iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Neft Konqresində iştirak edib. O, konqres çərçivəsində ABŞ Dövlət katibi Reks Tillerson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yüksək səviyyəli görüş keçirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26