Interposta.Info

Rusiya XİN başçısı:

Siyasət
 6-06-2017, 20:27     777

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər".

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

"Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yaranırdı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir", - Rusiya XİN başçısı bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26