Interposta.Info

Rus ekspert

Siyasət
 14-03-2017, 13:45     495



Qarabağ konfliktinin eskalasiyası bu gün xarici qüvvələrdən heç birinə gərək deyil.

Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı politoloq Fyodur Lukyanov söyləyib.

"Rusiya üçün Qarabağ zərərli, lazımsız və maneə yaradan şeydir. Rusiya böyük gücdür və onun çətin maraqlar toplusu var. Bunun tərkibinə həmçinin Cənubi Qafqazda balansın qorunması da daxildir. Türkiyənin Qarabağla bağlı mənəvi mövqeyi bəllidir. Onun Qarabağa birbaşa müdaxilə edəcəyini söyləmək olmaz. Mənim fikrimcə, Ankaranın onsuz da çoxlu başqa problemləri var.

Rusiya Qarabağa silahlı qüvvələri ilə müdaxilə edəcəkmi? Yox, bu lokal konflikt Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində baş verdiyi müddət ərzində müdaxilə etməyəcək. Rusiya başqa metodlarla bu konflikti dayandırmaq üçün dərhal müdaxilə edəcəkmi? Bəli”.

Ekspert mətbuat konfransında Rusiya, Türkiyə və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlığa da toxunub. O bu əməkdaşlığın müttəfiqlik olmadığını bildirib.

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26