Interposta.Info

ABŞ İranı işğal edəcəkmi? - Rusiya ümid edir

Dünya
 19-05-2018, 18:40     10 410

Rusiya tərəfi ümid edir ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması Vaşinqtonun bu ölkəyə hücum etmək istəkləri ilə əlaqəli deyil.

Axar.az xəbər verir ki, bunu “Clarin” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Ümid edirik ki, ABŞ-ın razılaşmadan çıxması Tehrana hücum və ya rejim dəyişikliyi planları ilə əlaqəli deyil. Artıq indidən görünür ki, bu qərar qlobal və regional təhlükəsizliyə necə ciddi zərbə vurur”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26