Interposta.Info

Lavrov açıqladı:

Siyasət
 17-01-2017, 12:59     1 072

Lavrov açıqladı:

Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır.

Report xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

"Bu, artıq mücərrəd bir şey deyil. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, münaqişə ilə bağlı hələ münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar var.

"Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir", - Rusiya XİN başçısı vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26