Interposta.Info

“Ətraf rayonlar qaytarılır, sərhədlər açılır” - Lavrovdan önəmli QARABAĞ AÇIQLAMASI

Siyasət
 21-04-2020, 18:29     1 438

Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada Qorbaçov fondunda dəyirmi masada iştirak edən nazir danışıqlar masasında duran sənədlərə toxunub.

“Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənəd var”.

Lavrov həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu əlavə edib.

“Münqaişənin mərhələli həlli nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”.

Lavrov BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə Qarabağda hərbi əməliyyatları dayandırmağı tələb etdiyini və indki atəşkəs rejimində isə tərəflərin sülh yolu ilə münaqişəni yekun həll etməyi mümkün sayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26