Interposta.Info

Savaşdan başqa yol yoxdur -

Siyasət
 25-02-2017, 07:41     736

Savaşdan başqa yol yoxdur -

Münaqişənin həllində hərbi variantdan başqa yol mümkün deyil.

Bunu Şərq.az-a Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun "Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram” fikrini şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, E.Məmmədyarovun bu açıqlaması erməni nazir Eduard Nalbandyanın yalan məlumatları, danışıqlardan yayınması ilə əlaqədardır:

"Mənə elə gəlir ki, E.Nalbandyanı 1-2 gün danışmağa məcbur etsək, o öləcək. O, yalan danışmadan dayana bilmir. Azərbaycan XİN rəhbəri düzgün deyir ki, münaqişə bir gün ərzində həll olunmayacaq. Azərbaycanın mövqeyi hər kəsə aydındır. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma ən böyük faciə Rusiyanın mövqeyidir. Rəsmi Moskvanın Ermənistanı müdafiə etməsindən söhbət getmir. Rusiya əslində yeri gələndə Azərbaycanı onlardan daha çox müdafiə edir. Amma yaxşı olardı ki, Rusiya özünün əsl mövqeyini müdafiə etsin. Sankt-Peterburq görüşündə Putin dedi ki, yaxın vaxtlarda yenidən görüş təşkil olunacaq, artıq bir çox məsələlər razılaşdırılıb. Razılaşdırılmayanlar isə yaxın zamanlarda baş tutacaq görüşdə razılaşdıracağıq. Buna baxmayaraq. onun işlətdiyi " yaxın zamanda” ifadəsinə uyğun heç bir təşəbbüs göstərilmədi. Ermənistanı danışıqlar masasına oturtmaq üçün belə tədbir görmədilər. Bütün beynəlxalq ictimaiyyət bilir ki, danışıqlar masasından yayınan Ermənistandır, Azərbaycan isə nəticəsi olacaq danışıqlara hər zaman hazırdır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmadığını söyləyib. O bildirib ki, müsbət bir şeyin müdafiəsi üçün Ermənistan XİN rəhbəri çıxışlarında yer qoymur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26