Interposta.Info

Türkiyənin İranı məyus edən istəyi,

Siyasət
 13-01-2017, 07:43     705

Türkiyənin İranı məyus edən istəyi,
İki il öncə Rusiyanın Suriya müharibəsinə qoşulması ilə Hizbullah rus ordusu ilə yaxından fəaliyyət göstərməyə başladı. Hizbullah müharibədəki aktivliyi ilə Rusiyanın diqqətini çəkdi və Əsəd rejiminin xilası üçün göstərdiyi səyləri heyranlıqla qəbul etdi.

interposta.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli yazar Məlahət Kamalın məqaləsində bildirilib.

Məqalədə qeyd edilir: Hizbullah komandiri açıqlamasında Rusiya ilə münasibətlərin ideal bir şəkildə olduğunu və Hələbin bəzi yerlərində rus əsgərlərinin də xidmət etdiyini bəyan etmişdi.

Adı açıqlanmayan Hizbullah komandiri hətta rusların cəbhə xəttinə nəzarət etmək və Hizbullahın müxaliflərlə necə vuruşduğunu görmək və kəşfiyyat işləri aparmaq üçün bölgələrə getdiklərini, əməliyyatın görüntülərini kameralara əks etdirdiklərini bildirib.

Rusiyanın əsl istədiyi Əsəd rejimi ilə müxaliflərin danışıqlar masasına oturması və bu görüşlər nəticəsində də Dəməşqdə güclü bir hökumətin təsis edilməsidir. Dekabr ayının sonunda isə Türkiyə tərəfindən verilən bəyanatda müxaliflərin Hizbullahın və rejim tərəfdarı digər bütün xarici qrupların Suriyanı tərk etməsini istədiyini bildirdi. Bu durum isə Hizbullah və İranın Suriyadakı planlarına ağır zərbə oldu.

Türkiyəli yazar qeyd edir ki, Moskva Hizbullahı Suriyada güclü bir müttəfiq kimi görsə də, sonda anlayacaq ki, bu qrup daima İranın maraqlarına xidmət edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26