Interposta.Info

Suriyalı general:

Dünya
 11-07-2017, 14:06     594

Rusiya Suriyanı işğal edən ölkədir və o heç bir məsələdə zəmanətçi ola bilməz.

Axar.az xəbər verir ki, bunu “Nyussader.com” (“Newsader.com”) saytına müsahibəsində Azad Suriya Ordusunda Bəşər Əsəd rejiminə qarşı savaşan suriyalı general Əhməd Raxal söyləyib.

“Bizim fikrimizcə, Suriya məsələsində mübadilə var. Belə ki, İrana Livanla sərhəddə yerləşən Kalamun bölgəsini nəzarət altına almasına izn verilib. Bunun qarşılığında Suriyanın cənub-qərbində atəşkəs istənilib. Biz bununla razılaşmırıq. İran gərək Suriyadan getsin. Əgər İran, Əsəd qüvvələri və Hizbullah atəşkəsə əməl etməsə, bu, Kremlin nüfuzuna böyük zərbə olacaq. Rusiya indi buna görə İran və Əsəd qüvvələrinə atəşkəsin yox olmaması üçün təzyiqlər edir”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26