Interposta.Info

Bakı ilə bu məsələlər həllini tapacaq -

Siyasət
 12-01-2017, 22:43     611

Bakı ilə bu məsələlər həllini tapacaq -

2017-ci ildə iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifinqdə Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə suala cavabında bildirib.

M.Zaxarova deyib: “Biz Azərbaycan ilə münasibətləri inkişaf etdiririk. Rusiyanın xarici siyasətini müəyyən edən bütün müvafiq istiqamətləndirici sənədlərdən göründüyü kimi, Azərbaycan ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edəcək. Biz ötən il siyasi, iqtisadi, humanitar sahələrdə bir çox məsələlərin həllini nəzərdə tutmuşuq və onlar bu il öz həllini tapacaqdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26