Interposta.Info

Ağdam Təhsil Sektorunun rəhbəri Tahir Abbasov və sektorun metodisdi Gülarə Sadıqovadan şikayət var - VİDEO

Paradoks
 26-10-2023, 20:39     36 057

Qarabağ Regional Təhsil İdarəsi və onun tabeçiliyində olan Ağdam Təhsil Sektorunun rəhbəri Tahir Abbasov və sektorun metodisdi Gülarə Sadıqovadan şikayət var

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri cənab Əli Nağıyevə və Baş Prokuror cənab Kamran Əliyevə ünvanlanan şikayətdə deyilir:

Gəlinim Quliyeva Aynur Famil qızı 2017-ci ildə Müəllimlərin Yerdəyişmə İmtahanı ilə yüksək nəticə göstərərək 47 balla Təhsil Nazirliyinin qərarı əsasında vakansiyaya çıxarılmış Ağdam rayon 150 saylı məktəbə kimya müəllimi təyin edilmişdir. Lakin buna baxmayaraq bu gün Qarabağ Regional Təhsil İdarəsi və Ağdam rayon Təhsil Sektorunun rəhbəri Tahir Abbasov Dövlət tərəfindən keçirilmiş imtahandan yüksək nəticə göstərmiş müəllimin əmək hüquqlarını kobut və qərəzli şəkildə pozmaqda davam edirlər.

Sual yaranır, hər iki qurumun bu qərəzli mövqeyinin arxasında nə dayanır?

Tahir Abbasovun maraqları nədən ibarətdir?

Bu qədər özbaşınalıq nə deməkdir?

Müddətsiz müqavilə ilə işləyən müəllimin hüquqları nəyə görə kobut şəkildə tapdalanır? Bunların maddi maraqları nədən ibarətdir ki, 6 ildir müddətsiz müqavilə əsasında pedaqoji fəaliyyət göstərən müəllimin 11 saat dərsinin 6 saatını 10 il üzürsüz səbəbdən işə davamiyyəti olmayan və diaqnostik qiymətləndirmə imtahanlarında iştirak etməyən şəxsə verirlər!

Qeyd edim ki, gəlinim Aynur Quliyeva iki dəfə 18 sentyabr 2023-cü il tarixdə və sonuncu dəfə isə Ağdam rayon 150 saylı tam orta məktəbin direktoru Cəmilə Hüseynova ilə birlikdə 19 oktyabr 2023-cü il tarixlərdə qəbul kitabında adı qeyd olunmaqla Qarabağ Regional Təhsil İdarəsində olmuş, kadrlar şöbəsinin müdiri Adil müəllimin qəbuluna düşmüşlər. Lakin müəllimin haqlı şikaətinə baxan olmamışdır.

Daha maraqlı bir məqam ondan ibarətdir ki, müəllimin hüquqlarını kobut şəkildə pozan Qarabağ Regional Təhsil İdarəsi nədənsə əvvəllər Ağdam rayon 150 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş, 10 il müddətində kobut qanun pozuntusuna yol verərək işə davamiyyəti olmayan şəxsə xitam verməyən, hal hazırda Ağdam Təhsil sektorunda metodis kimi fəaliyyət göstərən Gülarə Sadıqovanı niyə cəzalandırmır?

Qarabağ Regional Təhsil İdarəsi ciddi qanun pozuntusuna yol vermiş şəxs barəsində bu vaxta qədər hansı səbəblərə görə tədbir görmədi!

Qeyd etmək istəyirəm ki, bu barədə aidiyyatı dövlət orqanlarına, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri cənab Əli Nağıyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciətlər ünvanlamışam və məsələ qanuni həllini tapana qədər mən haqlı müraciətlərimi davam etdirəcəm.
Dövlətimizin qanunlarını öz şəxsi mənafeləri naminə kobut şəkildə pozan və hörmətsizlik göstərən məmurlar qanunvericilik qarşısında cavab verəcəklər.

İnterPosta.info Xocalı rayon sakini və qazi anası Nüşabə Məmmədovanın şikayətini təqdim etdi və qarşı tərəfi dinləməyə hazırdır.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26