Interposta.Info

Təhsil işçisi: Dövlət  qulluğu imtahanının qaydalarına nə dərəcədə riayət olunur? 

Paradoks
 11-10-2023, 21:54     1 724

Dövlət qulluğu imtahanının qaydalarına nə dərəcədə riayət olunur?

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Surəti: Dövlət İmtahan Mərkəzinin rəhbəri Xanım Məleykə Abbaszadəyə
Surəti: Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə
Surəti: İnterPosta.info-ya

Möhtərəm Cənab Prezident!

Artıq bir ildən çoxdur ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin tabeliyində 12 regional təhsil idarələri və onların tabeliyində olan şəhər, rayon təhsil sektorları fəaliyyət göstərir.
Çox təəssüflər olsun ki, bəzi regional təhsil İdarəsinə, idarənin daxilində fəaliyyət göstərən sektorların və regional idarənin tabeliyində olan rayon təhsil sektoruna təyin edilən müdirlər dövlət qulluğu imtahanında bir neçə dəfə iştirak etsələr də uğur qazana bilmirlər, lakin vəzifələrində saxlanılırlar.

Sual edirəm: onda dövlət qulluğu imtahanını təşkil etmək kimə və nəyə lazımdır? Özüm özümüzü aldadırıq ya şəffaflığı təmin edərək, rüşvətin kökünü kəsib, korrupsiyaya qarşı mübarizə aparırıq?

Acınacaqlısı odur ki, Rayon Təhsil Sektorunun müdiri vəzifəsində çalışan dövlət qulluğu imtahanında dəfələrlə iştirak edir , uğur qazana bilmir, tabeliyində olan baş məsləhətçi, məsləhətçilər isə dövlət qulluğu imtahanlarında iştirak edərək uğur qazanırlar, tabeçilikdə çalışırlar.
Regional Təhsil İdarəsinin müdirinə rəsmi müraciət olunur ki, tabeliyinizdə olan Rayonun Təhsil Sektorunun müdiri vəzifəsinə təyin etdiyiniz kadr dövlət qulluğu imtahanlarında iştirak etsə də uğur qazana bilmir, nə səbəbə belə bir kadrı vəzifəsində hələ də saxlayırsınız? Cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmri ilə Rayon Təhsil Sektoruna müdür vəzifəsinə təyin edilib. Demək onda Dövlət İmtahan Mərkəzinin rəhbəri Xanım Məleykə Abbaszadənin təşkil etdiyi dövlət qulluğu imtahanının qaydalarına riayət etməyə ehtiyac yoxdur, onun təşkil etdiyi imtahan kağız üzərində olaraq qalır.
Bundan başqa Elm və Təhsil naziri " Direktorların İşə Qəbulu " imtahanı təşkil edir, imtahanda iştirak edən namizəd müsabiqə balını yüksək toplayır, bir bəhanə ilə namizədi müsahibədən kəsirlər.
Qohumbazlıq, tanışlıq, dostluq, xüsusi ilə sevgi yolu ilə istədikləri namizədi direktor vəzifəsinə təyin edirlər. Halbuki belə direktorlar heç imtahanda gedib iştirak etmirlər, iştirak etsələr də müsahibə, müsabiqə imtahanında uğur qazana bilməyiblər.

Hansı ədalətlilikdən, obyektivlikdən, şəffaflıqdan, Korrupsiyaya qarşı mübarizə tədbirlərindən danışmaq olar?

Hörmətlə, Təhsil işçisi Eminov Neman Bayram oğlu
TARİX: 11.10.2023- cü il

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26