Interposta.Info

47 ball toplamış müəllimə, yoxsa məhkəmə qazanmış müəllimə haqlıdır? - Qarabağ Regional Təhsil İdarəsi və təhsil eksperti nə deyir? + VİDEO

Manşet / Paradoks
 24-10-2023, 22:11     27 948

Qarabağ Regional Təhsil İdarəsindən şikayət

Azərbaycan Respublikası Prezidenticənab İlham Əliyevə ünvanlanmış şikayəti olduğu kimi təqdim edirik:

Xocalı rayon sakini, II qrup əlil, Qazi anası
Məmmədova Nüşabə Rəhim qızı tərəfindən


ŞİKAYƏT Ə R İ Z Ə S İ

Mən Məmmədova Nüşabə Rəhim qızı Xocalı rayon sakiniyəm, 1992-ci ilin fevral ayının 26-da erməni soyqırımı nəticəsində yaralanmışam və II qrup əliləm. Oğlumda Məmmədov Hikmət İsa oğlu Aprel döyüşləri, Vətən müharibəsi iştirakçısı və qazisidir. Xidməti vəzifələrinə və rayonlarımızın işğaldan azad olunmasına görə Prezident cənab İlham Əliyev tərəfindən 5 medalla təltif olunmuşdur. Lakin bu gün soyqırım qurbanı olmuş Xocalı sakini və qazi anası kimi haqsızlığa məruz qalmışıq. Belə ki, gəlinim Quliyeva Aynur Famil qızı 2017-ci ildə Müəllimlərin Yerdəyişmə İmtahanı ilə 47 balla Təhsil Nazirliyinin qərarı əsasında vakansiyaya çıxarılmış Ağdam rayon 150 saylı məktəbə kimya müəllimi təyin edilmişdir. Lakin buna baxmayaraq bu gün Qarabağ Regional Təhsil İdarəsi və Ağdam rayon Təhsil Sektorunun rəhbərliyi Aynur Quliyevanın əmək hüquqlarını kobut şəkildə pozmaqla müəllimin razılığı olmadan onun dərs saatlarını 10 il üzürsüz səbəbdən işə davamiyyəti olmayan, bu müddət ərzində adına əmək haqqı, sosial müavinət olmayan və 10 ildən sonra hansısa qanunsuz yollarla bəraət almış, heç bir imtahanda iştirak etməmiş şəxsə verilməsi barədə həmin məktəbin rəhbərliyinə tapşırıq vermişdir və bu azmış kimi dövlət imtahanı ilə yüksək balla həmin məktəbə müəllim təyin edilmiş gəlinim Aynur Quliyevanın işinədə xitam veriləcəyini bildirmişdir. Bu qədər özbaşınalıq nə deməkdir? Müddətsiz müqavilə ilə işləyən müəllimin hüquqları nəyə görə kobut şəkildə tapdalanır? Yəqin ki bu sualıma cavab verəcəksiniz!
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinədə rəsmi müraciət vermişik lakin haqlı şikayətimizə baxan yoxdur. Qeyd edim ki, dəfələrlə Qarabağ Regional İdarəsinə getsəkdə problemimiz həll olunmadı. Sadəcə yola verməklə məşğuldurlar.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tarixi ədaləti bərpa edərək Xocalı sakinlərinin qisasını aldığı bir vaxtda bu gün Ağdam rayonunda Xocalı sakininin, bir Azərbaycan qadınının, Azərbaycan gənc müəlliminin hüquqları kobut şəkildə pozulur, bəs hanı ədalət?
Mən Sizdən xahiş edirəm bizə məsələnin qanuni qaydada həll olunmasında köməklik göstərəsiniz.
Hörmətli cənab Prezident əgər mənim bu müraciətimə baxılmasa mən Xocalı sakini və qazi anası kimi sosial şəbəkə vasitələri ilə müraciət etməli olacam ki, bizim səsimizi eşidəsiniz.

Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsi ilə də əlaqə saxladıq.

Regional Təhsil İdarəsininTədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev bildiririk ki, Ağdam Rayon 150 nömrəli məktəbin kimya müəllimi Şukürova Əzizə Suməddin qızının 2013-cü ildə işə davamiyyətsizliyi səbəbi ilə ilə müvafiq fənn vakant elan olunmuşdur.
2023-cü ilin aprelində Əzizə Şükürovanın həmin işə bərpası haqqında Gəncə Apeliyasiya Məhkəməsi üzrə qətnamə qəbul edilmiş,
iş üzrə cavabdeh qismində çıxış edən Ağdam rayon 150 nömrəli tam orta məktəb hər hansı kasassiya şikayəti ilə çıxış etməmişdir.
Beləliklə, i məhkəmənın müvafiq qərarının icrası məcburi olduğundan Ağdam rayon 150 nömrəli tam orta məktəb tərəfindən Şükürova Əzizə Suməddin qızının işlə təmin olunması zərurəti yaranmışdır.
Qeyd edirik ki, Əzizə Şükürovanın işlə təmin olunacağı halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74 maddəsinin b bəndinə əsasən Quliyeva Aynur Famil qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkündür.
Lakin Qarabağ Regional Təhsil İdarəsi hər iki müəllimin əmək müqaviləsinin qüvvədə saxlanılması, dərs saatların bölışdürülməsi və hər iki müəllimin müddətli əsaslarla əlavə iş yeri ilə təmin olunmasını məqsədəmüvafiq hesab edir.
Növbəti iş həftəsində Aynur Quliyeva məsələ ilə bağlı tərəfimizdən idarəyə dəvət olunacaqdır.

Eyni zamanda Təhsil üzürə eksbert Elşən Qafarovda suallarımızı cavablandırıb.
Dinləyək:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26