Interposta.Info

Vətəndaş: Məşğulluqdan verilən qoca inəklərə protez diş və görmək üçün eynək lazımdır - VİDEO+FOTO

Paradoks
 10-01-2023, 19:11     490

Göyçay rayon Məşğulluq idarəsi tərəfindən rayon sakininə verilən qoca inəklər etiraza səbəb olub

İnterPosta.info
xəbər verir ki, Göyçay rayon sakini Məmmədəli Səməd sosial şəbəkədə paylaşım edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin məşğulluq siyasətini pisləyib.

Səməd bəy yazır ki, Məşğulluq Mərkəzi tərəfindən Göyçay rayon sakininə verilən qoca inəklərə protez diş və görmək üçün eynək gərəkdir!

Məmmədəli Səməd eyni zamanda onuda qeyd edib ki, Göyçay rayonu Çərəkə kənd sakini Əli Əhmədov tərəfindən paylaşılan fotoları və onun özünün yazdığı şərhi olduğu kimi təqdim edir:


"Əziz və dəyərli həmvətənlərimiz, bu iki inəyi bizə 8 baş ayləyə Göyçay rayon məşğulluq idarəsi verib.

Birinin gözü kordu, eyni zamanda yelni, yəni döşü kəsilib, əməliyyart edilb, o biri inəyin də dişi yoxdur. – Qoca, məsuldarlığı olmayan heyvanlardır.

Hörmətli Sahil Babayev deyək yerlərdə baş verənlərdən xəbəriniz yoxdur. Mediadan, sosial şəbəkələr vastəsi ilə edilən şikayətlərdən xəbəriniz yoxdur?



Vətəndaşların etdiyi iddiyaya görə, qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26