Interposta.Info

Azərbaycanda ağır qəza: ölü və yaralılar var – Foto

Ölkə
 2-05-2020, 23:33     761

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-21011 və “Dayevo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlardan biri - VAZ 21011-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Ələkbər Tapdıq oğlu Babayev xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Aqşin Firudin oğlu Allahverdiyev, 1999-cu il təvəllüdlü Elton Qasım oğlu Qasımov və 1999-cu il təvəllüdlü Ramiz Elçin oğlu Zeynalovun vəziyyəti ağır olaraq qalır./axar.az

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26