Interposta.Info

Sahil Babayev Ziya Məmmədovun kadrına vəzifə verdi - Yeni təyinat

Ölkə
 19-03-2019, 12:53     10 511

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.

İnterPosta.info
mia.az-a istiandən xəbər verir ki, Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub.

Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub.

Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən Mia.az-a təsdiqləyiblər.

Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov sabiq Nəqliyyət naziri Ziya Məmmədovun kadrı kimi tanınır. O, uzun illər "Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb. Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26