Interposta.Info

TƏBİB-ə sual: Qan analizi laboratoriyasında sıradan çıxan lampalar niyə dəyişdirilmir?

Paradoks
 9-01-2023, 15:38     453

Abşeron rayon Mərkəzi Xəstəxanasının qan analizi laboratoriyasında elektrik lampalarının bəzisi sıradan çıxıb.

"İnterPosta"nın xəbərinə görə, bu barədə Qlobal.az-a verilən məlumatda bildirilir.

Məlumata görə qan analizi laboratoriyasında yaranan bu problem tibbi personalın iş tempini zəiflədərək növbələrin artmasına səbəb olur.

İşıqlandırma sistemində yaranan problem bir neçə gün əvvəl yaransa da, indiyədək aradan qaldırılmayıb.

Məsələ ilə bağlı TƏBİB-dən mövqe öyrənə bilmədik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26