Interposta.Info

Masazırda məktəb inşa edən şirkət sakinlərə problem yaradır - ŞİKAYƏT

Ölkə / Manşet
 2-03-2021, 12:59     1 004

Abşeron rayonunun Masazır qəsəbəsinin Abşeron küçəsində (Yoncalıq) yeni məktəb tikintisini aparan şirkət sakinlərə problem yaradır. 

"İnterPosta"-ya verilən məlumata görə şirkətə məxsus ağır texnikalar iki il əvvəl təmirdən çıxmış küçənin asfalt örtüyünü məhv etməklə yanaşı, küçədən keçən kommunikasiya xətlərinə də ziyan verirlər. 

 Mart ayının 1-də şirkətin texnikasının ərazidən keçən yüksək təzyiqli su xəttini sıradan çıxartması nəticəsində ərazini su basıb, əhali bir neçə saat susuz qalıb. 

 Sakinlər qeyd edir ki, tikinti aparan şirkət işin əvvəlində bu qədər səhlənkarlıq edirsə, məktəbin tikintisi başa çatana qədər əraziyə saysız-hesabsız ziyan vuracaqlar. 

 
Sakinlərin sözlərinə görə inşaat işlərini aparan şirkət nədənsə adını gizli saxlayır, əraziyə məlumatlandırma löhvəsi vurmur. 

 Məlumata görə 960 yerlik məktəb Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tenderi əsasında inşa edilir. 

 Qeyd edək ki, Təhsil nazirliyi sözügedən məktəbin layihə-smeta sənədlərinin hazırlanması işinə 154 min manat xərcləyib.


Məsələyə Təhsil nazirliyindən münasibət öyrənə bilmədik. 

 Qarşı tərəf mövqe səriləyə bilər./qlobal.az

 İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26