Interposta.Info

Şagirdlər hazırlığa rahat getmək üçün direktora 2500 manat ödəyir (İDDİA)

Paradoks
 26-09-2022, 14:43     1 208

"Deyilənə görə, Bakı məktəblərində yuxarı sinif şagirdlərinin hazırlığa rahat gedə bilməsi üçün dərsdən qalmasının qarşılığında direktora illik 2 min 500 manat verilir".

"İnterPosta" xəbər verir ki, bunu jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət yazıb.

"Bakı məktəblərinin bəzi yuxarı sinif şagirdləri dərslərdən daha rahat yayınmaq üçün rayon məktəblərinə adlarını yazdırırlar. Bunu da elə-belə deyil, rüşvət qarşılığında edə bilirlər”, deyə Azər Həsrət qeyd edib.


Jurnalist iddia edib ki, bu iş rayon məktəblərində daha ucuz başa gəlir:

"Bu səbəbdən də Bakıda yaşadığı halda uşağının adı hansısa heç tanımadığı rayonun yolunu bilmədiyi bir məktəbinin siyahısında gedir. Bax, bunu yoxlamaq çətin deyil".

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu kimi faktar həddindən artıq çoxdur:

"Bildiyimə görə, məbləğ bəzi yerlərdə bundan da çoxdur. 2007-2008-ci illərdən bu proses başlayıb və 2014-15-ci ildən isə daha çox yayılıb. Bakı şəhərində təhsil alan şagirdlər respublikanın müxtəlif şəhər və rayonlarında adlarını məktəblərə yazdırırlar və müvafiq olaraq da hazırlıq kurslarına üz tuturlar. Burada məktəbin direktoru qanunsuzluğa yol verir. 4440-dan çox orta məktəb var, onların 4400-də şagird ali məktəbə daxil olmaq üçün istədiyi təhsil ala bilmir. Əsas problem də buradan başlayır. Orta məktəblərdə dərslərin keyfiyyətini yaxşılaşdırsaq, o zaman şagird kənar hazırlıq kurslarına ehtiyac duymaz. Orta məktəblərdə ciddi islahatlara ehtiyac var".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26